Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 yazı yazarkən diqqət edilməli olan nüanslar - öz aramızdı
  1. öz aramızda yazarlarının yazı yazarkən diqqət etməli olduğu nünslardır.

    1- yazı başlığı izah etməlidir... sadəcə bir fikir deyil, məlumat tərkibli olmalıdır.
    ilk yazı əgər yönləndirmə məqsədli deyilsə, sadəcə "bax"dan ibarət olmaz.

    *  "zordur", "əladır" , "bombadır" kimi qısa sadəcə şəxsi görüşdən ibarət ya da "dünən gördüm", "bizim məhəllədə var" kimi yazılar yazılmamalıdır.

    * sadəcə yazarı maraqlandıran subyektiv yazılar silinir.

    2. yazı yazrkən msn-də chat-da  söhbəta zamanı smiley :) kimi lazımsız, şit şeylərdən istifadə etmək olmaz.

    * "ş" yerinə "$", "v" yerinə "w" veya "ç" yerinə "ch" kimi işarələrin istifadəsi qadağandır.

    3. yazı qrammatikaya uyğun yazılmalıdır. içərisində səhv kəlimələr olan yazı silinə bilər.

    * nöqtə, vergül kimi işarələrdən sonra bir boşluq qoyulmalıdır. sözün sonundakı hərf və ya işarəni lüzumsuz yerə çoxaltmaq olmaz.. ("olmazzzzzzzzzzzzzzz, oldu..............." kimi)

    4. başlıq söyüşlə, təhqirlə izah olunmamalıdır.
     
    5. yazı yazarkən başlıq  "dedirtən başlıq", "düşündürən başlıq", "dedirtən insan" kimi izahlarla yazılmamalıdır.

    6. yazı sual başlığa cavab verməməli, başlığı izah etməlidir.
    *başlıq: qadınlar nə istəyir?
    doğru yazı: kişiləri ən çox düşündürən suallardan biri.
    səhv yazı: pul, şan-şöhrət.

    7. yazı öncə yazılmış yazıya cavab olaraq yazılmamalıdır.

    8. yazı yazara aid olmalıdır.
    başqa bir yerdən götürülərsə, mənbə bildirilməlidir.

    *müəllif hüquqları qorunan yazılar sözlüyə yazılmamalıdır.

    9. yazı tək, digər yazıların davamı olaraq düşünülməməli, başlığı ayrıca olaraq izah etməlidir.
    üstdəki yazı silindiyi zaman "mənasızlaşmaması" üçün  o başlıqda sadəcə sizin yazınız varmış kimi düşünün.

    * yazı, "bir də", "ayrıca", "yenə", "yuxarıdakıların sözünə qüvvət", "yazar x-in dediyi kimi" sözlərlə başlamamalı, davam etməməlidir.

    10. yazıda telefon nömrəsi, ev adresi, e-mail adresi kimi şəxsi məlumatlar yazılmamalıdır.

    * dövlət müəssisələri , şirkətlər istisnadır..

    11. iki yazar arsındakı özəl mesajlaşma digərinin icazəsi olmadan sözlüyə yazıla bilməz.

    12. yazı sadəcə kasad məlumatdan ibarət olmamalıdır.
    "alma" başlığına. "bir meyvə", "gəncə" başlığına "bir şəhər" yazılması "məkruh"dur.


    doğru nümunə: "azərbaycanın ikinci ən böyük şəhəri" və ya "ağ olanlarının ən yaxşısı, qubada yetişən meyvə." kimi yazsan daha yaxşı olar elə bil.



    13. başlığa uyğun mənanı ifadə edən "bax" lar potensial başlıq şəklində olmalıdır. söz soxmaq üçün özünüzdən bax uydurmayın.
    sual başlığa cavab "bax" vermək olmaz.
    "bax"lar başlıqla əlaqəli olmalıdır.

    14. cümlə icərisindəki bir söz və ya ifadəyə "bax" (max yox ha) verərkən gizli "bax"dan istifadə edin.
    *yazını çirkinlədirmək nəyə lazım?


    15. yazılarda sözlük yazarları haqqında şəxsi məlumatlar yazarın razılığı olmadan yazılmamalıdır.
    * "gənclikdə qalır", "narxozda oxuyur"...və s kimi.

#3655 ( canıyanmış , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. yazı yazarkən azərbaycan dilinin yazı və üslub qaydalarina diqqət yetirmək, dilimizin zəngin lüğət imkanlarindan daha məqsədyönlü və məntiqəuyğun şəkildə istifadə etmək, etik-əxlaq normalarını gözləmək, sözün dəyərini bilmək və onu anlayana çatdırmaq lazımdır.

#15384 ( seyirchi , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.