Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 sözlük formatı - öz aramızdı
  1. izahat: sözlüyə yazı yazarkən diqqətlə izləməli olduğunuz formatıdır. bu qaydalara uyğun olmayan yazılar silinəcək.


    1. "öz aramızda" portalı insanların ifadə və məlumat almaq azadlığına əsaslanan konsepsiyaya malikdir. bu konsepsiya öz tərkibinə sözlük istifadəçilərindən əvvəlcə hörmət gözləyir və sözlüyümüzün təmiz, düzgün bilgi qaynağı olması üçün nəzərdə tutulub.

    1.2. yazılar qeyd-şərtsiz açıqlama xarakterli olmalıdır, başlığı izah etməlidir. əks təqdirdə silinəcəkdir. "bu bu deməkdir" şəklində olmağı kifayətdir. başlığın ilk yazısı xüsusi önəm daşıyır və mütləq başlığı izah etməlidir. başlığın altına yazılan ilk yazı izahat əvəzinə analiz, münasibət xarakterli olduğu halda silinəcəkdir.

    1.3. yazı və ya başlıq söyüş, söyüş dili, (oxu: küçə dili) insanı alçaldıcı, şərəf və ləyaqəti təhqir xarakterli olmamalıdır. belə yazılar silinəcək, yazan yazar cəzalandırılacaqdır.

    1.4. yazı bütövlükdə yazara (oxu: müəllifə) aid olmalıdır. müəllifə aid olmayan yazılar üçün isə mənbə göstərilməlidir. başqa mənbədən götürülmüş yazılar mənbə göstərildiyi təqdirdə yayınlana bilər. ancaq daim "surət çıxarma" işi ilə məşğul olan yazar cəzalandırılacaqdır.

    1.5 digər saytların, forumların yazarları ilə polemikaya girmək olmaz. polemika üçün açılmış başlıqlar və yazılar silinəcəkdir.

    1.6 yazı başlıqla əlaqəli olmazsa, üstdəki yazılara cavab xassəli olarsa, silinəcəkdir. yazı ancaq başlığa aid olmalı və onu izah etməlidir.

    1.7 yazı e-mail adresi, telefon nömrəsi və ya digər adres kimi özəl bilgilər ifadə edərsə silinəcək, yazar isə xəbərdarlıq alacaqdır. məsələn, "e-mail adresim: [email protected]" şəklindəki bir yazı silinəcəkdir.

    1.8. yazısına səs verilən yazar, qiymətləndirilən yazısını cavab formasına salarsa, yazı silinəcək və yazar xəbərdarlıq alacaqdır..

    2. "öz aramızda" portalının rəsmi dili azərbaycan dilidir.

    2.1 imla və dil bilgisi yönündən xətalı yazılar düzəldilməsi üçün yazarlara bildiriləcəkdir. amma əsas olan yazıların mahiyyətidir. durğu işarələri istifadə edilməyən yazılar silinəcəkdir. cümlə sonuna qoyulan nöqtədən sonra və ya istifadə olunan vergüllərdən sonra bir boşluq buraxılarsa, yazı daha oxunaqlı olar.

    3. iki yazar arasında özəl mesajlaşmaya redaktor heyəti mudaxilə etməyəcəkdir. yazarlar özəl mesajlarda yazdıqlarından ötəri sorğulanmaz, cəzalandırılmazlar.

    3.1. iki yazar arasında özəl mesajlaşma (səbəbi nə olursa-olsun) yazı olaraq sözlüyə daxil edilə bilməz. daxil edənlər isə cəzalandırılarlar.

    4. "öz aramızdı" portalı yazarı yazı yazmaq qaydalarını ən azı orta səviyyədə bilməlidir.
    bu kriteriyalara uyğun gəlməyən ştatdankənar yazarlar lütfən şanslarını zorlamasınlar. onların qəbul edilməsi mümkünsüzdür.

#81 ( canıyanmış , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim




web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.