Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 roscidus - öz aramızdı
  1. latınca "nəmli", "islanmış", " gözyaşı" mənalarına gələn söz.

#1294 ( roscidus , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. natiqlik sənəti başlığındakı yazısını iki əlli alqışladığım, *

    Close

    əvvəl tək əlli alqışlamaq istədim

    *
    Close

    alınmadı

    öz aramıza yeni fəsləfə gəticəyinə ümid etdiyim yazardır. *
    Close

    x.g. səfalar gətiribdir



    (bax: #1293)

#26437 ( milli , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. yalnızdır bugünlərdə. bəlkə də belə deməli: yalnızlığı iliklərinə qədər hissedir bugünlərdə. bəzən bu duyğunu yanılaraq, daha doğrusu yanıldığını sonradan anlayaraq *

    Close

    güya nəsə fərqli bir şey dedi

    *
    Close

    glş

    maddi yalnızlıq olaraq şərh edir. yaxşı ki, belə hallarda insanın üzünə vurulduğu an diqqət və nifrəti üzərinə çəkən "sonrakı peşmançılıq fayda verməz" sözü, əvvəlki hallarda olduğu kimi mənfi təsirə yol açmır. bu müddətdə öyrəndiyi şeylərdən birisi də odur ki, yalnızlıq da zaman keçdikcə qanıqsanan bir hisdir. bəlkə də tək müsbət cəhəti elə budur.

#26438 ( roscidus , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. onu qısaca belə tərif edərdim; böyük insan. çox çox böyük insan.
    olduqca sərrast analiz qabiliyyətinə malik, ədəbi-estetik zövqləri ilə 90 % razılaşdığım, böyük insan ( ª bax: übermensch).
    son 3 ilimin əvəzolunmaz fiquru. olduqca gözəl yumor hissinə malikdir.
    təzə söz tapanda yenə yazacağam. *

    Close

    glş

#26443 ( maxinator , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. gözəl insan. bir çox xeyirlərə vəsilə olan şəxs.

#26448 ( atay , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. fridrix nitsşe başlığının altına "prapiska" olunufdu rəsmən. *

    Close

    glş

    *
    Close

    başqa başlıqlar da var

    *
    Close

    glş

#26449 ( canıyanmış , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. yazılarını görəndə əcəba aristotellə, platon dövrümüzdə yaşayıbmı düşüncəsi keçir beynimdən. onlar yaşamayıbsa bu adama kim dərs verib? *

    Close

    glş

    hər halda müəlliminin əllərindən öpmək istərdim. ki, bir adam sadəcə yazar haqqında yazısında bu qədər fəlsəfi məcazdan istifadə edə bilər:

    ( ª bax: multi tasking) *
    Close

    başlığına yazdığı yazı

#26463 ( milli , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. ilk marağımı çəkən yazarlardan biri .yazıları digər yazılardan fərqli olduğu üçün çox maraqlıdır.

#26469 ( multi tasking , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. was it something i did?
    was it something you said?

    beynini məşğul edir bu suallar... hər baxımdan, hər cəhətdən... zira bugünlərdə ruhunun heykəlini tikməyə çalışır. levinasın, ömrünün sonlarında klassik fenomenoloji yanaşmanı etik müstəvidə ən uc nöqtələrə dartmasının nəticəsi, içimizdə "başqa"nın varlığını hissetməyimizin gərəkliliyi oldu. bəlkə də budur bütün axtardığı, bəlkə də budur içində bulunduğu təlaşdan xilas olmağının tək çarəsi... ya da belə baxaq: bəlkə də içindəki "başqa"nın yoxluğudur ona əzab verən, taxtabaş ontoloqların "yoxluq da varlıqdır bəyəm?" sualını bir kənara atır, əlbəttə ki. bu yoxluq, ölüb gedənlərin neqativ varlığının şüurumuzda və bunun nəticəsi olaraq da, dünyada bulunmasına bənzəyir. əlləşir, vuruşur, görək nə olacaq...

#26470 ( roscidus , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. bir an öncə sözlükdən qız tapıb evlənməlidir məncə. *

    Close

    glş

    yoxsa levinasın nitsşenin arasında var-gəl eləyə-eləyə qocalmaq təhlükəsi yaşayır., bədbinləşir. *
    Close

    belə olmaz

#26473 ( milli , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. öz aramızda ən məsuliyətli yazardır deyərdim. dilimizin normalarına münasibəti məni çox sevindirir. yazılarında maksimum səhvsiz olmağa çalışması, redaktə səlahiyyəti olmasa da, gözünə ilişən problemli başlıqlar və yazılar haqqında redaktor heyətini məlumatlandırmağa ərinməməsi ürəyimizdən xəbər verir. *

    Close

    sağ ol var ol!

#26509 ( canıyanmış , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. hər şeyi öz səviyyəsi və söz yığınından ibarət təfəkkürü ilə ölçməməli olan yazardır. olduğu yerdə sağına, soluna, önünə, arxasına baxmağı da bacarmalıdır. fikir azadlığı və tərz psixologiyasından xəbərimiz var. ancaq bir də həyatda gözə iyrənc görünmək, göz yormaq, göz incitmək anlayışları mövcuddur. vərəqlədiyi fəlsəfə kitablarından bu anlayışlarla bağlı fəslləri də oxumasını məsləhət görürəm. bizim də fəslsəfəmiz var. səbr etmək özü də fəlsəfi məsələdir.

#26527 ( leyla , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. "sözlük intibahı"nın zirvəsi olan roscidus yaradıcılığına çox şey borcluyuq.

    s.rüstəmxanlı, 2008

#26528 ( roscidus , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. ürəyində millət sevgisi daşıyan adamların dilindən öz dəyərsiz adını millətə sırıyan millətdən təcrid olunmuş *

    Close

    seksual milliyətçilik başlığı burdan gəlir

    kəslərin sayıqlamasına məhəl qoymamalıyıq!

    t.rüstəmxanlı, 2008

#26529 ( leyla , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. öz armızdı əla yazır.
    cc21. 2008 bakı.

#26530 ( cc21 , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. susmaq lazım olan yerdə danışmamağı öyrənməlidir. hər şey yaxşıdı, bu baxımdan bir balaca "axsayır"... özünə söz verib, onu da düzəldəcək.

#26532 ( canıyanmış , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. son məlumatlara görə, həm tövbə etmək, həm də söz vermək üçün, yəni "iki daş ilə bir dənə yekə quş vurmaq" üçün ətağanı axtarışa çıxıbmış. argentinadan başlayan bu səyahət, peru, ekvador və s. ölkələrdə davam edəcək. həm də motosiklet üstündə "xatirə dəftəri" tutur. son dayanacağı boliviyadan əvvəl, kuba macərası da var! "priklucheniya dalınca qaçan səfil!"

#26534 ( roscidus , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. birinci nəsil ştatdankənar yazar.

#26551 ( cc21 , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. ştatdan çıxarılmağımı mütəaqibən rus xakerlər cc21-ə təhdid məktubları göndərmiş, bu təzyiqlərə tab gətirməyən və öz aramızdı portalının müqəddəratını öz şəxsi maraqlarının önündə tutan cc21 yazarlığımı təsdiqləmişdir. ancaq sual doğur ki, niyə rus xakerlər roscidusu sevsin, saysın, bağırlarına bassın? zəlimxan yaquba görə, bunun səbəbi ştatdan çıxarılmadan əqdəm yazdığım, günümüz mətbuatındakı "çarıqçı"ları ifşa etdiyim köşə yazarlarımızın marjinallıq arzusu adlı yazıdır. əlbəttə ki, bu, cənab yaqubun versiyasıdır. bilmək olmaz. öpdüm hamınızı.

#26554 ( roscidus , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.