Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 qəzənfər bayramov - öz aramızdı
  1. ekspress qəzetinin baş redaktoru.

    4 dekabr 1961-ci il quba şəhərində anadan olmuşdur. 1969-79 -cu illər arasında şəhər 1 saylı orta məktəbində orta təhsilinin almışdır. 1980-ci ildə o vaxtkı s.m. kirov adına azərbaycan dövlət universitetinin filologiya fakültəsinə daxil olmuş və 1985-cı ildə oranı bitirmişdir. ali təhsilini başa vurduqdan sonra o vaxtkı jdanov (indi beyləqan) rayonunda iki il ədəbiyyat müəllimi işləmişdir. daha sonra hərbi xidmətə getmişdir. slujbadan sonra müxtəlif qəzetlərdə -bir müddət prezident aparatında(1993-ə qədər)- işləmişdir. nəhayət 1997-ci ildə (hafizəm məni yanıltmırsa) ekspress qəzetində işə başlamışdır. ilk 3 il redaktorluq etdikdən sonra, 2000-ci ildə baş redaktor vəzifəsinə keçirilmişdir. evlidir, iki uşağı var.

    indi gələk mənə *

    Close

    glş

    . allahın hər günü, başında durduğu qəzetdə akp aləyhinə yazılar gedir. getsin ee ona sözüm yoxdur; amma bir yerdə də insafı əldən verməmək lazımdır. bu səpkidə yazılarını və ümumiyyətlə qəzetindəki bu qəbildən yazıları şiddətlə qınayıram. buna baxmayaraq ekspressin 6 illik sadiq oxuyucusuyam.

    indi gələk ona. qəzetində ədəbi-fəlsəfi bir hərəkat başlatmaq üçün bundan gözəl vaxt olabilməz. ki özünün də bu mövzularda yəd-i beyzası var. nəyi gözləyir?

#10624 ( maxinator , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. deyilənə görə, vaqif səmədoğlu " bəxt üzüyü"ndə onun da prototipini yaradıbmış..

#23616 ( maxinator , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.