Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 qəbiristanlığın yanından keçərkən maqnitofonu söndürmək - öz aramızdı
  1. tipik azərbaycanlı davranışıdır. maraqlı burasındadı ki, o an radioda musuiqi səslənməsə, hansısa mövzu ətrafında söhbət aparılsa belə qəbiristanlığın yanından keçilirsə mütləq maqnitofon söndüülməlidir.

#25420 ( cc21 , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. əslində bu bir qisim azərbaycanlıların vicdanını rahatlatma üsuludur. məsələn, mən qəbiristanlığın yanından keçəndə maqnitofonu söndürür, yarım yamalaq salavat çəkirəm və məscidə 20 qəpik nəzir atıramsa allah qarşısında bütün günahlarımı yuyub püri-pak oluram.

#25430 ( hayalet , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. əzan oxunanda söndürməyi qismən başa düşmək olar da, bu nədi bəs? bunu edənlər, "barmaqla qəbir göstərmə" də deyir. 9 mayda qəbir üstünə də gedir. nə əlaqə?

#25454 ( redbull , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. biraz avam insanların, "sakit yatıblar narahat etməyim" məqsədilə etdikləri hərəkətdir,yəni yaxşı niyyətlə. buna pis baxmaq lazım deyil. onsuz da insan bütün hərəkətlərilə özünü aldadır. o dayday da elə aldadır da.

#25639 ( fiel , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. əvvəllər barmaqla qəbir göstərənde barmağıvı dişdə 3 dəfə ayağıvın altına qoy deyərdilər uşaq vaxtı neçə dəfə eləmişəm ama nə əlaqə hələ də bilmirəm

#34362 ( qurbanov , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.