Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 məmməd əmin rəsulzadə - öz aramızdı
  1. 1918-ci ilin 28 mayında azərbaycan istiqlalı elan olunandan sonra azərbaycan milli şurasının sədri olmuş, müsavat partiyasının lideri və ilk başqanı.

#110 ( cc21 , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. 1884-cü il yanvarın 31-də bakının novxanı kəndində anadan olmuşdur.azərbaycan milli istiqlal hərəkatının və təkcə türk dünyasında deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan azərbaybaycan demokratik respublikasının banisidir.1955-ci il 6 martında ankarada şəkər xəstəliyindən vəfat etmişdir.

#6320 ( baxa , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. bu gün *

    Close

    31 yanvar 2009

    anadan olmasının 125 illiyi qeyd olunan azərbaycan demokratik cumhuriyyətinin banisi. azərbaycanın tarix səhnəsinin ən önəmli, ən parlaq simalarından biri.

    1953-cü ilin 28 mayında amerikanın səsi radiosunda yayınlanan çıxışı üçün ;


      
     - http://www.youtube.com/watch?v=6rBWjDTb-OU

#16041 ( cc21 , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. vahabzadənin dili ilə desək "bir məzarlıq yer" verə bilmədiyimiz şəxsiyyət. qəbri hələ də ankaradadır.

#18223 ( redbull , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. əsrimizin səyavuşu kimi dəyərli əsəri gələmə alan,şərqdə ilk cumhuriyyətin banislərindən olan ulu öndərimiz.nə pis ki artıg onun izləri tariximizdən silinir.qurucusu olduğu bakı dövlət üniversitetindən belə adı silinən məmməd əmin rəsulzadə biz gənclərin ürəyində daim yaşayacagdır.tək sevindiyim şey gəbrinin anitkabir də olmağıdır.heç olmazsa orda layiq olduğu hörməti görür.

#19617 ( spontanpx , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. adı çəkiləndə əliyevlər sülaləsinin canına vicvicə düşən adam.

#19618 ( atay , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. azərbaycanda həddən artıq şişirdilən şəxsdir.bir də üstünə hökümətin ona kifayət qədər qiymət vermədiyi söylənir ki bu doğrudur.ancaq hərdən düşünmək də lazımdır yaxşı ki vermir.bircə heykəlin kölgəsi onsuz da bütün azərbaycanı qaranlığa qərq etməyə kifayət edir.daha çoxunu yaradıb kimlərin işığına qənim olmaq istəyirsiz?

    rəsulzadə vətənini çox sevən,azərbaycan üçün böyük işlər görmək istəyən insan olub.alınmadı,bu onun günahı da deyil.amma bu özü də az şey deyil,sırf bunun üçün də sevə bilərsiz onu.sevmək üçün önünə sırf "dahi,ulu," kimi adlar qoymağa ehtiyac yoxdur.o dövrdə həm azərbaycanda həm bütövlükdə qafqazda onun kimi irəli görüşli,vətəni üçün gözəl şeylər xəyal edən,bunları gerçəkləşdirməyə cəhd edən onlarla insan var idi.

    ümumiyyətlə siyasətçi vəya dövlət adamları üçün "böyük", "görkəmli" ya da "dahi" adlarının yaraşdırılmasının nə dərəcə doğru olduğunu bilmirəm.çünki bugün bu adla anılanların əksəriyyəti sadəcə rəqiblərindən daha hiyləgər,daha tamahkar amma nə olursa olsun ən az rəqibləri qədər alçaqca yollara başvuran insanlardır.bunun azca istisnası 20-ci əsrdir ki heç onlar da böyük filan deyilər.onca şair,elm adamı,yazar varkən belə cömərd titul paylamaq sadəcə tapançanın sehrindən başqa şey deyil.

#26288 ( bozqurdd , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.