Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 iran ın 20 sene içinde bölünecek olması - öz aramızdı
  1. iranda yaşayan 40 milyonluq azərbaycanlı soydaşlarımızın iradəsindən və onlara şimaldakı qardaşlarının verəcəyi dəstəkdən asılıdır. əlbəttə ki, şimaldakı müstəqil azərbaycan bundan əvvəl öz daxilindəki məlum erməni problemindən yaxa qurtarmalıdır. bir də məsələdə irana qarşı onsuzda isti münasibətdə olmayan qərbin mövqeyi birmənalı formaya salınmalıdır. tarix kitablarda yazılı formada durur. nəyin əslində necə olduğunu separatçı fars rejimidə yaxşı bilir.

#21696 ( canıyanmış , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. mənasız bir fərziyyədir.bölünsə nə olar,kim qazanar kim itirər o da ayrı mövzudur.əlbəttə türkiyəlilərdə kürd fobiyası üçün soyuq baxdığı hadisədir.əvvəla "kim bölür bölsün əsas güney azərbaycan azad olsun" anlayışı səhvdir.güneylilər bu təcrübəni əvvəllər də yaşayıblar.1945-ci ildə sovet dəstəyi ilə qurulub sonra rusların satması ilə yıxılan bir dövlət var.daha yaxşı tanımaq üçün biraz dərin araşdırmaq lazımdır ancaq mənim indiyəcən oxuyub gördüklərim ordakı azərbaycan türkləri bu kimi qiyam zamanlarında heç də yekdilliklə iran dövlətinə cəbhə almayıblar.bunun ən böyük səbəbi də məzhəbdir.müəyyən bir kütləni ayağa qaldırmaq olar amma kənddə kotan sürən adama təsir etmək o qədər asan deyil.ayrıca biraz yanlış məlumatlandırma da ola bilər azərbaycan mətbuatında.çünki fars rejmi üçün qohum xalq olmasına rağmən bir azərbaycanlı kürddən daha yaxındır.burda yenə əsas məsələ kürdlərin sünnü olması və etibar doğrultmamalarıdır.bu biraz vaxtilə osmanlının qızılbaş azərbaycan türkmənləri yerinə sünnü kürdlərə güvənməsi ilə paralellik göstərir( gül kimi türkmən şəhəri diyarbəkri bugün kürdlərin az qala simvolik paytaxtına çevirən hadisənin təməli o zaman atıldı).nəysə mövzudan uzaqlaşmadan onu deyək ki əgər güney azərbaycan türkləri əksərən millət təəsübü çəksəydi bizdən daha öncə müstəqil olardılar.həm sayıları həm də iranda islam inqilabının bayrağını ən öndə daşıyacaq qədər qeyrətləri buna kifayət edərdi.

    bu səbəblə bölünmə yada bölünmə ərəfəsində azərbaycanlıların iran dövlətinə düşmən kəsilməsi mənasız fikirdir.əlbəttə bu heç də fəxr ediləcək şey deyil.bunu durub durub türkiyədəki kürdlərlə müqayisə edən türkiyəli dövlətçi lərin mövqeyi də ayrı səfehlikdir.birincisi kürdə təzyiq edirsənsə başqasının ətəyindən tutacağına özünü tənqid elə,yox əgər eləmirsənsə də qaşınmaq nəyə lazım.burda məsələ "nə olursa olsun iran bölünsün" deyil.iranda azərbaycan türklərinə normal milli hüquqlar verildiyi təqdirdə ordakı azərbaycanlıların bağlılığı müsbət hal kimi dəyərləndirilə bilər.amma sənə təzyiq edildiyi halda susmağa davam edirsənsə bu sadəcə hələ milli şuur deyilən şeyin formalaşmadığına işarədir ki bunda da təriflənəsi bir şey yoxdur.

#21727 ( bozqurdd , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.