Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 həzi aslanov - öz aramızdı
  1. həzi əhəd oğlu aslanov 1910-cu il yanvarın 22- də lənkəran şəhərində anadan olub. ibtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb, sonra o komsomol putyovkası ilə zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930 illərdə bakı və leninqrad hərbi məktəblərində oxumuşdur. 1929–cu ildə oranı bitirdikdən sonra leningrad suvari məktabinə daxil oldu. iki illik təhsildən sora o kotovsk adına iii bessarabiya süvari diviziyasında komandir kimi fəaliyyətə başlayır. hərb sənətinə möhkəm bağlanan həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrənir həm də öyrədirdi.

    ikinci dünya müharibəsi başlananda o ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə həzi özünü bacarıqli sərkərdə kimi göstərdi. o öz döyüşçüləri ilə donbass ətrafında düşmənin şiddətli hücümlarünü düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941-ci ilin dekabrında moskva ətrafında vuruşmalarda qəhrəmənlığına görə qırmızı ulduz ordeninə layiq görüldü.
    24 yanvar 1945–ci ildə həzi məlum quvvəlar tərəfindən qətlə yətirilənədək o vətənə sadiq bir əsgər kimi xidmət göstərmişdir. ölümündən 47 il sonra ona ikinci sovet ittifaqı qəhrəmanı adı verilmişdir.

    həzi aslanovun qəbri bakıda şəhidlər xiyabanındadır. burada qəhrəmanın abidəsi ucaldılmışdır. 1969 –cu ildə həzinin vətəni lənkəranda onun ev-muzeyi açılmış. 1983–cü il 8 mayda lənkəran şəhərinin mərkəzində onun boyük heykəli ucaldılmışdır.

    həzi aslanov, böyük vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 qırmızı bayraq ordeni, 2-ci dərəcəli suvorov ordeni, aleksandr nevski ordeni, 1-ci dərəcəli vətən müharibəsi ordeni, 2 qırmızı ulduz ordeni və medallarla təltif olunmuşdur.

    daha ətraflı: http://az.wikipedia.org/wiki/H...C9%99zi_Aslanov

#12732 ( icell , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.