Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 azərbaycanlı kommunistlə türkiyəli kommunistin fərqləri - öz aramızdı
  1. 1. azərbaycanlı kommunist ağsaqqal olur, türkiyəli kommunist gənc.

    2.azərbaycanlı kommunist ağsaqqal olduğuyçün həyatın hər üzünü görmüşdür, o artıq xalqı zadı düzəltməklə əlləşmir, onun yaşı keçib, söyür-donquldanır filan. türkiyəli kommunist idealistdir.

    3. məsələn ağacı qurtarmaq üçün türkiyəli kommunist parkda çadır qurub mahnı oxuyar, nitq söylər. azərbaycanlı kommunist belə şeyləri bambılılıq hesab edər.

    4. azərbaycanlı kommunist bir az da molla olur, türkiyəli kommunist mollaları sevməz ya da uzaqdan sevər.

    5. azərbaycanlı kommunist köhnə kişidir, bir cənub şəhərində filmini filan sevə bilər, türkiyəli kommunist müasirdir , özünü yeni yollarla ifadə edər.

    6. azərbaycanlı kommunistə qulaq asmaq insanı həyatdan soyudur, iki siqarət çəkib özünü asmaq istəyirsən. türkiyəli kommunistə qulaq asanda qaz maskasını götürüb meydanda qışqırmaq istəyirsən.

    7. türkiyəli kommunist insan haqları, soyqırım, etnisite və s mövzulara olduqca həssasdır. faşist onlarda ən ağır təhqirdir. azərbaycanlı kommunistin belə dərdləri yoxdur, hətta ağzını burnunu bir az düzəltsən, faşistə də oxşayır.

#34406 ( bozqurdd , 4 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.