Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 1984 - öz aramızdı
  1. george orwellin anti utopik siyasi romanının adı.

#14144 ( derebeyov , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. totalitar tek partiya rejminin hökm sürdüyü cəmiyyətin başına gələ biləcəklərdən bəhs edir roman.bu cəmiyyətdə insanların ən kiçik hərəkəti mərkəzi idarə tərəfindən izləndiyi kimi bir də insanların düşüncəsini nəzarət altında tutmaq üçün düşüncə polisi fəaliyyət göstərməkdədir.əsər ssri,nazi almanyası kimi dövrünün basqıcı dövlətlərini də protesto məqsədi daşıyır.
    xüsusilə "big brother" qavramı bu əsər sonrasında yayğınlıq qazandı.

#14174 ( bozqurdd , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. kəlimə qarmaşası ilə əslində dəyərlərlə oynayan şüarları anladan hissə xüsusilə çox gözəl işlənib."barış savaşdır","azadlıq əsarətdir" kimi ifadələr ilk başda mənasız görünə bilər.amma hərdən tərsdən də düşünmək lazımdır.orwell dövrünün dövlətçi,fərd azadlığına sərhəd qoyan ölkələrini düşünərək yazmışdı bunları.bugün nə kommunist sovet qaldı,nə faşist almaniya.bəs orwellin davamçıları susdumu?onlar dəyərlərlə oynamırmı?bugün "azadlıq əsarətdir" sözü absurddursa "azadlıq xoşbəxtlikdir" sözü mütləq həqiqətdir mi?orwell inandığı həqiqəti yazırdı.doğru da yazırdı.problem sadəcə vahid həqiqətin olmamasıdır.orwell öz dövründə insana "sürünün bir parçası kimi" baxan zehniyyəti görüb fərdi ucaltdığı zaman mənə necə ləzzət edirsə,bugün onun adından danışıb onu ağzı köpüklənə köpüklənə müdafiə edən liberalizm keşikçiləri məni o qədər iyrəndirir.bəlkə qəribədir bəlkə paradoksdur amma burda yenə də doğru olmayan bir şey var.bugün onun yolundan getdiyini sanıb onun təsvir etdiklərini canlandıran o qədər məxluq var ki.bugün eyni şəkidə dəyərlərlə oynayıb,şüarları beyinlərə həkk edirlər.bugün humanist olmaq ərdəmdir,insandan qaçmaq dəlilik,liberal olmaq birbaşa haqq,mühafizəkar olmaq cahillik deməkdir.hərkəsə bu səfər tərs dəyərlər üzərində quraşdırılmış hekayələr öyrədilir.orwell despot liderləri ələ salanda bunu mu arzulayırdı?bəlkə də.amma mən arzulamıram.mən faşistəm.mən satanistəm.sabah faşistlər hakim olanda kommunist olduğumu söyləyəcəm,heç kimin də haqqı yoxdur məni mühakimə etməyə.heçkimin haqqı yoxdur sırf tək yönlü cəfəngiyyatlarla beyinləri doldurmağa.mütləq doğru yoxdur.kimin marağındadırsa qoy özünü aldatsın.amma təkcə özünü!

#20612 ( bozqurdd , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. 1984 romanın bəyaz pərdəyə uyarlanmış versiyasında mütləq iqtidara "big brother"a qarşı çıxan uinston smit obrazını canlandıran jon hurt\'ün, illər sonra v for vendetta filmində adam sutler obrazıyla "big brother"ə dönüşməsi maraqlı fakt kimi hesab oluna bilər.

#33839 ( biscolata , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.