Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 ştatdan kənarlaşdırılma - öz aramızdı
  1. yazarlığı qeydiyyata alınmış hər bir yazarın önünə çıxması ehtimal edilən hadisədir.
    birinci növbədə sayt formatının kobud şəkildə pozulması hallarında baş verir. ancaq çox dəyərli yazar dostlarımız başa düşməlidir ki, ancaq sözlük formatındakı bəndlərə üzdə əməl etməklə bu aqibətdən sığortalanmayıblar. sözlük reqlamentində göstərilməyən müxtəlif səbəblərə görə də şatatdan kənarlaşdırılma cəzası tətbiq edilə bilər.

    bunlar təxminən aşağıdakı hallardır:

    (!eyri!: - mətnalıtı yazı yazmaqla sözlük ab-havasını pozmaq və gərginlik yaratmağa meyl etmək;
    - yazar həmkarları ilə konflikt yaratmaq, sözlüyün başlıqlarını və yazılarını şəxsi zəmində yaranmış problemə meylləndirmək;
    - idarəçi və redaktorun ardıcıl xəbərdarlıqlarına məhəl qoymamaq;
    - redaktor heyəti ilə subardinasiyanı qorumamaq;
    - redaktor qərarlarına qarşı açıq aqresivlik nümayiş etdirmək.)
    sadaladığım bu səbəblərə görə də yazarların cəzalandırılması mümkündür. həm də hazırda məlum kriteriyaları kobud şəkildə pozanların kimliyi də məlumdur. sadəcə redaktor heyəti formatın yeni olması ilə əlaqədar bu kimi hallara qarşı səbrli davranmağa davam edir. ancaq bu o demək deyil ki, yazar dostlarımız sükütun pozulmamasından istifadə edib pozuntulara davam etməlidirlər.

    öz aramızdı portalının inkişafı və gələcək perspektivləri bu saytdan məsuliyyət daşıyan idarə heyətini hamıdan çox düşündürür. odur ki, bütün sözlük əhli əmin olsun ki, əsl niyyəti sözlüyümüzə fayda vermək olan yazarlara qapılarımız və ürəyimiz açıq olacaqdır. ancaq sizə bu kimi cəzalar tətbiq olunduğunda da anlayışla qarşılamağı, redaktor heyətinin məsələdə sadəcə sözlüyün mənafeyini əsas götürdüyünü qəbul etməlisiniz.
    öz aramızdanın mənafeyi mənim baş redaktor statusumdan üstün olduğu kimi, hər bir yazarın yazar statusundan da alidir! biz bütün yazar dostlara mümkün olduğu qədər xoş niyyətli yanaşmaq kursuna sahibik. ancaq nizam-intizam hər bir cəmiyyətin inkişafında birinci amildir. elə bizim sözlük cəmiyyətinin də.

#3020 ( canıyanmış , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.