Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 öz aramızdı - öz aramızdı
  1. belə getsə böyük balaca şriftlə yazmağı tərgitməyimə səbəb olacaq sözlük.

#12325 ( kirpi , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. türkiyədəki sözlüklərə baxıb azərbaycan dilində də belə bir sayt açmağı fikirləşdiyim anda qarşıma çıxan və məni xeyli təəccübləndirən sayt. alınıb deyə bilərəm.

#12331 ( elman , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. müstəqilliyi əbədidir, daimidir, dönməzdir.

#15798 ( cc21 , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. panyatka dağarcığı dayaz olan türkiyəli yazarların yazmağa sözlük tapa bilməyib aramızdaya öz kimi perpendikulyar tullandıqları sözlük.

#16096 ( derebeyov , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. bu gedişlə yaxında digər türk ləhcələrində və ya dillərində də yazıları görə biləcəyik.
    (bax: mən demişdim)

#16231 ( ağzıgöyçək , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. hər iki türkcədə *

    Close

    azərbaycan türkcəsi

    *
    Close

    türkiyə türkcəsi

    yazılara yer verməsindən narahat olan yazarlar və oxucular üçün bəzi yeniliklər əlavə edilmişdir.
    yazarlar;
    sadəcə bir türkcədə (azərbaycan və ya türkiyə türkcəsində) yazıları görmək istəyənlər 1001 xırdavat - məlumatlar - türkcə/ləhcə bölməsində müvafiq türkcəni seçə bilərlər.

    oxucular;
    oxucu panelindən müvafiq türkcəni seçə bilər və ya az.ozaramızdı.org (sadəcə azərbaycan türkcəsində yazılan yazılar) və ya tr.ozaramizdi.org (sadəcə türkiyə türkcəsində yazılan yazılar) adresindən sayta daxil ola bilərlər.

#16433 ( cc21 , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. azərbycanda tüykiyədəki ekşi sözlük qədər tanınmasını arzuladığım sözlüyümüz. təkcə arzulamaq bəs etməz, əlbəttə ki. bunun üçün çox çalışmalı, çox yazmalıyıq, durmadan.

#21961 ( şəkildəkieşşəyinüstündəki , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. tez bir zamanda yalnız azərbaycan dilində fəaliyyət göstərməsini dilədiyim sözlük. əgər türk qardaşlarımız da yaza bilirlərsə azərbaycan dilində yazsınlar.

#23036 ( şəkildəkieşşəyinüstündəki , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. sözlükdən çox güzgüdür. sirsifətimizin ortalama olaraq nəyə oxşadığını göstərir. yeri gəlmişkən pis gündəyik. *

    Close

    o gün olsun babat olaq

    *
    Close

    amin

#23699 ( zinger , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. yeni dizayn, yeni yanaşma və yeni münasibətlə qarşımıza çıxmış, bizləri sevindirmiş doğma balamız.

    (bax: etibarsız mənbə)

#24639 ( big gun , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. yeni dizaynı ilə bizi sevindirmişdir. ulduzları ayrı bir pəncərədə göstərməsi əla sürprizdir. təbii ki, hələ "təmir işləri gedir" məncə.

#24647 ( redbull , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. biraz dağınıq görünür yeni şəkli ilə.bəlkə yeni olduğu üçün mənə elə gəlir.nə şəkildə olursa olsun,nə əlavə edilirsə edilsin nəticədə təməl olaraq sadəcə sözlük olduğu unudulmamalıdır fikrimcə,bu səbəblə çox da detalların içində boğmamağa diqqət etmək lazımdır hərhalda.

    hərşeydən biraz qoyub axırda azərbaycanın hərhansı əyləncə portalından birinə çevrilməkdən qaçınmaq lazımdır..bu arada altdakı yazı mırt alınıb. *

    Close

    glş

#24653 ( bozqurdd , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. çox gözəl bir saytın , lori dilində, nöqtədən əvvəlki adı...

#25666 ( venomic , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. onu da deyim ki, "öz aramızdır" şəklində daha doğrudur, çünki "dır" xəbərlik şəkilçisidir, "dı" isə şühudi keçmiş zaman.burda isə "aramızdır" xəbərlik şəkilçisi qəbul etməli idi. yenə də məsləhət sizindir. amma çox gözəl bir sayt

#25669 ( venomic , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. bizim sözlüyümüz

#26138 ( nickaltdantireulduz , 8 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. v3 ilə geri döndü...

#26426 ( cc21 , 48 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. cox vaxt söylənmək istəniləni "səmimiyyət" donunda qarşıdakını sifətinə çırpmaq üçün də istifadə edilir.

    -öz aramızdı heç sən də kişi deyilsən
    -öz aramızdı heç sən də az hayasız deyilsən

#26943 ( tükəzban köhnəxala , 7 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. gah yoxa çıxan, hərdən bir vidfasonda geri dönən sayt.tez-tez nömrəsini dəyişən *****lər kimi adresini niyə dəyişir baş açmadım.
    əvvəl uni.cc sonra org indi com sıradakı net ya da biz olacaq yəqin.

#26944 ( ağzıgöyçək , 7 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. "sir-sifətdən kifir" sözlük. çöhrəsinin eybəcərliyi dolaylı da olsa mahiyyətinin boşluğunu pərçimləməkdədir.

    bu halda olmasının səbəblərindən biri, şübhəsiz, türklərin sözlüyə gəlmə şərtlərinin həddindən ziyadə asanlaşdırılması və bununla bilavasitə bağlı olaraq sözlükdə yaranan "dil dolaşıqlığı"dır. bu problemin indiyə qədər (mənim oxuduğum qədərilə ən azından "öz aramızdı" başlığında) üstünə düşülməməsini idarəçinin yalançı həllinəmi bağlayaq? niyə bu həll yararsızdır? iki səbəb: ən başda niyə anadolu türkcəsində yazmağa icazə verilməlidir? bunun izahatından yan keçib, "istəmirsənsə oxuma!" demək?.. ikincisi də bu həllin səbəb olduğu dolaşıqlığa bir misal verək: mövzu adı belədir - "içimize işlemiş rus alışkanlıkları"; mövzu haqqında yazılan yazı isə belədir - "rüşvət." yazıçının absurd fikrini bir kənara qoyub, "dil dolaşıqlığı"na nəzər yetirsək, görürük ki, türkcə sərlövhə altında azərbaycanca yazı yazılır. bu halın digər zərərlərindən birisi də odur ki, sözlükdəki yazılarla əmələ gələn, hörümcək torunu xatırladan "intertekstual toru" pozur. məsələn, azərbaycan dilində yazılan 10701-ci yazıdan türkcə yazılan 3457-ci yazıya keçid var və deyək ki, şair fikrini məhz o yazının köməyi ilə əsaslandırıb və fərz edək ki, mənciyəzin türkcəni görən gözü yoxdur. necə olacaq?..

    türklər tərəfindən bu başlıq altına səpələnmiş məşhur "körpü" arqumentini şərhlə şərəfləndirməyə belə ehtiyac görmürəm.

    fikrimi biraz dağınıq ifadə etdim, bilirəm. ancaq eyni zamanda, bu məsələ barədə bəzi dostların yazılarındakı implissit narahtçılığı da sezirəm və ümidvaram ki, məramım asanlıqla başa düşüləcək.

#31061 ( müsyö eşşəkarısı , 6 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.