Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 gəlməzmi - öz aramızdı
  1. bir ozan ibrahim şeri. *

    Close

    qoşma



    necoldu sultanım, necoldu şahım,
    kərəm gözlədiyim kara gəlməzmi?
    yolu üstə şahın – şonqar, sar qonsa,
    eyləyib birtəhər çara gəlməzmi?

    misli pərvanəyəm yoxdu qərarım,
    çıxıbdı əlimdən dövlətim, varım.
    o şəhdi-şəkərim, şahbaz şikarım,
    bizə tərəf bəxti qara gəlməzmi?

    pünhan dərdim pünhan edib ağlaram,
    bu zülümü sinəm üstə saxlaram.
    zəngi çaya dönə-dönə qarğaram,
    ah-naləmdən zəngi zara gəlməzmi?

    səbri-qərarımı əlimdən alan,
    məni məcnun edib çöllərə salan,
    miskin vücudumda daim var olan,
    sevgidən qurduğum tora gəlməzmi?

    müştağam o yarın haqqı-sayına,
    sürahi boylumun gül camalına.
    ibrahim döşəkcə xaki-payına,
    dönüb ozanlardan zara gəlməzmi?

#34377 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.