Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 deyərlər - öz aramızdı
  1. bir ozan ibrahim şeri. *

    Close

    qoşma



    mənim yığvalıma talib olanlar,
    kövsər şərbətini içdi, deyərlər.
    baxdı bu dünyaya sərraf gözüylə,
    gövhəri axtardı, seçdi, deyərlər.

    xaqan köntöy baxar taxtdan aşağa,
    bilirik düşməndi bayquş işığa.
    bimürvət zamana neçə aşığa,
    yaxasız köynəklər biçdi, deyərlər.

    dövranım piyada, yolda yorular,
    yazar məlakələr, əməl sorular.
    haqq-hesab çəkilər, divan qurular,
    çoxları canından keçdi, deyərlər.

    yetişsin dadıma püşti pənahım,
    əfv etsin çoxdursa cürmi-günahım.
    çalışdı, vuruşdu ozan ibrahim,
    dünyadan əliboş köçdü, deyərlər.

#34376 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.