Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 öz aramızdı - öz aramızdı
  1. ədəbi dildə sıx-sıx istifadə edilən söz önüdür. əsasən dialoq janrında rast gəlinir. monoloqlarda da istifadəsi mümkündür.

#51 ( canıyanmış , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. azərbaycan gəncliyinin virtual fikir meydanına verilən addır.
    öz aramızda olub keçənləri, söyləməyə imkan verən mübarək olmuş məkandır. sözlük formatında fəaliyyət göstərir. öyrənmək, əylənmək, bacardığımız qədər öyrətmək yeridir....

#52 ( canıyanmış , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. interaktif ensiklopedik lüğət formasında fəaliyyət göstərən elektron səhifəsinin ismi. *

    Close

    mübarəkdi mübarəkdi bu gecə

#58 ( cc21 , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. ekşi sözlüyün eynisi.nece de oxşayır...sözlük sözlüyə bənzər. *

    Close

    swh

#988 ( hayalet , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. iki-üç nəfər arasında ayıb vəya qəbih bir məsələni üzə vuranda işlədilən söz.

#1209 ( atay , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. yeni-yeni yazarlarla coşan sevimli məkanımızdır. bu gedişlə türkiyədəki öncüllərinə azərbaycan gəncliyinin operativliyini, intellektini, ifadə fərqliliyini göstərəcəkdir. qadir olduğu potensialının heç 1 faizi ilə də fəaliyyət göstərmir hələ ki. burada yazmağa sözü, fikri olan kifayət qədər gənclərimiz var buradan xəbərsiz. onlarında gəlişi ilə daha xoş olacaqdır. və ümid eləyirəm ki, bir gün azərbaycanda gündəmi müəyyən edəcək səviyyədə lider elektron portala çevriləcəkdir.

#1502 ( milli , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. günü-gündən böyüyən saytdır. ən böyük olmasını arzu elədiyimdir. həyatımıza rəng qatıbdır.

#1505 ( leyla , 10 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. ictimaiyyət tərəfindən tanınması və geniş istifadəsi üçün ən azı *

    Close

    bu templə gedərsə..

    1.5 ilə ehtiyacı olan portal.

#1908 ( atay , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. 2 aylıq bir sayt üçün göstəriciləri heç də pis olmayan portal.

#1913 ( ağzıgöyçək , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. ictimaiyyət tərəfindən tanınması yazarlarından asılıdır. 1,5 ilə-zada ehtiyac yoxdur. 2 aya bu qədər nəticə hasil olub. 1,5 ilin içində neçə 2 ay var? 8,5 dənə. bu dəqiqə sözlükdə neçə online yazar var? 8 ədəd.

    8 x 8,5 = 68

    1,5 il sonra bu saatda ən azı 68 yazarın online olacağını hesablaya biliriksə, deməli ictimaiyyət tərəfindən daha erkən tanınacaqdlr. təmənnim və arzum budur. ayrıca gecənin bu saatında burada olan 8 yazarın 8-ni də salamlayıram buradan! nikbin olmaq lazımdır!

#1914 ( milli , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. hər yönümdən faydalı ola biləcək məlumatlar əldə eləmək üçün *

    Close

    məncə

    yaxşı məkandı.
    *
    Close

    yeni yazarların olması diləyi ilə

#2209 ( multi tasking , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. hər bir yazarının başlıq (mövzu) açmaq, başlıq seçmək, uyğun başlığa yazı yazmaq (etik normalar və azərbaycan respublikasının mövcud qanunları çərçivəsində) hüququ olan internet səhifəsi.
    hər bir yazarı sayt formatına uyğun, maraq dairəsinə daxil olan və ya paylaşmaq istədiyi hər hansı bilgiləri paylaşa biləcəyi başlıq aça bilər, uyğun başlığa yazı yaza bilər. digər yazarların eləcədə oxucuların bəyənib bəyənməmək, razılaşıb razılaşmamaq öz işləridir...bəyənmədiyi və ya razılaşmadığı yazılara münasibət bildirmək üçün yazarlara hər yazının aşağısında yerləşən " əla" və " pis" düymələrini həmçinin oxuculara öz iradlarını bildirmək üçün " şikayət" düyməsini təklif edən interaktif ensiklopedik lüğət.

#2805 ( cc21 , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. varlığını türk sözlüklərdən öyrəndiyim sözlük. nəhayət artık bizim də bir sözlüyümüz var deyə uşaq kimi sevindiyim sözlüyümüz.

#4606 ( şəkildəkieşşəyinüstündəki , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. cəmi bir necə gün ərzində beynəlxalq səviyyəə çıxan məlumat və bilik paylaşma portalı

#5819 ( təzə xamam , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. türk dilində tərcüməsi hər nə gədər kendi aramızda olsa da, məna etibarıyla laf aramızda kontekstini daxil edən söz birləşimi.

#5820 ( təzə xamam , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. serverdə yaranan problem səbəbindən yazarların üzünə bağlanan qapıları yenidən açılmış sayt.

#9227 ( cc21 , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. artıq oxuculara da yazıları qiymətləndirmə (əla, pis) şansı verən sayt.

#9972 ( cc21 , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. pis yaxşı düz əyri çox ya az vəs. hamısı. bu meydan bu şeytan . öz aramızdı halal olsun ..

#10890 ( yazmaganicktapmadimbunuyazdim , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. sevərək oxuduğum türkiyənin ekşi sözlüyünün azərbaycanca turş-məzə qarşılığııdr.

    ozaramizdi.org`a daxil olaraq qeydiyyatdan keçib, mailə ozaramizdi.uni.cc url ilə mail yollayan saytıdır.

    tərkibindəki türk yazarlarında, ekşi sözlükdəki azərbaycan yazarlar kimi saytın mövud olduğu ölkənin dilində yazacaqlarını ümid etdiyim saytdır.

#11978 ( kirpi , 9 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.