Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
sözləşmə

"öz aramızdı" elektron səhifəsinin məqsədi və yazarlıq şərtləri

1. "öz aramızdı" elektron səhifəsinin məqsədi:

 

1.1. gənclərin öz aralarında fikir, bilgi, düşüncə paylaşımı üçün şərait yaratmaq;
(bax: uşaqlar da var şərait də var)

1.2 "öz aramızdı" elektron səhifəsi, azərbaycan gəncliyinin maarifənməsi, fikir mübadilələrində fəal iştirak  etmesini hədəflərindən sayır;

1.3. "öz aramızdı" elektron səhifəsi, azərbaycan xalqını bir bütöv halında görür və işini bütün yaş təbəqələrindən olan həmyerlilərimizin fərqli düşüncələri üzərində qurur;

1.4."öz aramızdı" elektron səhifəsi, müxtəlif insanlar arasında fikir körpüsü yaratmaqla azərbaycan gəncliyinə xidmət edir;

1.5. "öz aramızdı" elektron səhifəsi, səviyyəli sözə, azad sözə önəm verir, etik normaları qoruyur.

1.6. "öz aramızdı" elektron səhifəsinin rəsmi dili türkcədir.

 2. yazı prinsipləri 

2.1 "öz aramızdı" elektron səhifəsi, sözlük formatında fəaliyyət göstərir, bütün yazılar müvafiq sözlərin izahatı üzərində qurulur;

2.2. "öz aramızdı" elektron səhifəsində forum, chat üslubuna uyğun yazılar qəbul olunmazdır;

2.3. "öz aramızdı" elektron səhifəsinin yazılarında əsas qayə "öyrənək, əylənək, bacardığımız qədər öyrədək" prinisipidir.

3. yazarlıq şərtləri

 

3.1 "öz aramızdı" elektron səhifəsi, yuxarıdakı məqsədlərdən  xəbərdar olan, məqsədlər çərçivəsində yazarlıq fəaliyyəti göstərən şəxslərə "yazar" statusu verir;

3.2. "öz aramızdı" elektron səhifəsinə yazar qəbulu könüllüdür, heç kim yazar olmağa məcbur edilə bilməz;

3.3. hər hansı bir səbəb ucbatından yazarlığı ləğv olunmuş yazarlar öz yazılarının silinməsi tələbi ilə çıxış edə bilməz və yazıları müqabilində heç bir nəsnə tələb edə bilməz.

3.4. "öz aramızdı" elektron səhifəsi iadarəçiləri tərəfindən hüquqi prosedur məcburiyyəti olmadığı təqdirdə yazarların özəl bilgiləri gizli saxlanılır.

 "öz aramızdı" elektron səhifəsinin bütün haqqları azərbaycan gəncliyinə məxsususdur! 

yuxarıdakı bəndləri oxudum, 17 yaşım olub, yazar olmağım üçün hər hansı maneə görmürəm!

- yazar olmaqda məqsədim, fikirlərimi həmvətənlərimlə bölüşmək, öyrənmək və bacardığım qədər öyrətməkdir!- yuxarıda oxuduğum bəndləri "öz aramızdı" elektron səhifəsi ilə öz aramızda bir sözləşmə kimi görürəm və bu sözləşməyə sadiq qalacağıma söz verirəm!
imza