Yazar girişi

E=ə, G=ğ, S=ş, C=ç, E=ə, O=ö, I=ı
məsələn;
mEhEmmEd gEraylI = məhəmməd gəraylı
öz aramızdı logo
 baxmaq - öz aramızdı
  1. bir şeyi görmək üçün gözlərini ona dikmək, nəzərini bir şeyə dikmək, nəzər yetirmək.
    (bax: şəklə baxmaq)
    (bax: pəncərədən baxmaq)
    (bax: diqqətlə baxmaq)
    (bax: ətrafına baxmaq)
    (bax: güzgüyə baxmaq)

#34271 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. tamaşa etmək, gözdən keçirmək, müşahidə etmək, seyr etmək.
    (bax: kinoya baxmaq)

#34274 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. mütaliə etmək, ötəri oxuyaraq, ya göz gəzdirərək tanış olmaq, gözdən keçirmək; tanış olmaq.
    (bax: kitaba baxmaq)
    (bax: qəzetə baxmaq)

#34275 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. öyrənmək, oxumaq, məşğul olmaq.
    (bax: dərslərinə baxmaq)

#34276 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. yoxlamaq, gözdən keçirib düzəltmək, təshih etmək.
    (bax: əlyazmalarına baxmaq)
    (bax: şagirdlərin dəftərlərinə baxmaq)
    (bax: korrekturaya baxmaq)

#34277 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. göz gəzdirmək, axtarmaq, araşdırmaq.

#34278 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. yoxlamaq, müayinə etmək.
    (bax: nəbzinə baxmaq)
    (bax: hərarətinə baxmaq.

#34279 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. birindən nümunə götürmək, ibrət götürmək, özünü ona oxşatmaq, fikir vermək.
    yoldaşlarına bax, özünü düzəlt.
    sən ona baxma, öz ağlınla iş gör!

#34281 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. fikir vermək, əhəmiyyət vermək, diqqət yetirmək, nəzərə almaq, qulaq asmaq,hesablaşmaq.

#34282 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. bir şey haqqında müəyyən rəyi, fikri, mülahizəsi olmaq; bir münasibət göstərmək, qiymətləndirmək, hesab etmək, saymaq.
    sən bu məsələyə necə baxırsan?
    bu işə sadə bir iş kimi baxmaq olmaz.
    mən ona bir alim kimi baxıram.

#34283 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. müzakirə etmək, gözdən keçirmək.
    iclasda hansı məsələlərə baxacaqlar?
    məhkəmə bu gün işə baxacaqdır.

#34284 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. ölçüb-biçmək, yoxlamaq, fikirləşmək,düşünmək, mülahizə etmək.

    baxaram, vaxtım olsa, gələrəm.
    baxarsan, xoşuna gəlsə, alarsan.

#34285 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. qulluq etmək, xidmət etmək, qayğısına qalmaq, təmin etmək.
    (bax: xəstəyə baxmaq)
    (bax: atlara baxmaq)

#34286 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. nəzarət etmək, göz qoymaq, göz-qulaq olmaq; üstündə gözü olmaq,qarovul çəkmək.
    (bax: uşaqlara baxmaq)
    (bax: sürüyə baxmaq)

#34287 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. idarə etmək, başçılıq etmək, müdirlik etmək.
    - bu işlərə kim baxır?

#34288 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. müalicə etmək, tibbi cəhətdən nəzarət etmək, müayinə etmək.
    - xəstəyə hansı həkim baxır?

#34289 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. müəyyən tərəfə yönəldilmək, çevrilmək, döndərilmək, açılmaq.
    evin pəncərələri həyətə baxır.
    topların ağzı dənizə baxır.
    binanın ön tərəfi şimala baxır.

#34290 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. asılı olmaq, bağlı olmaq, əlaqədar olmaq, tabe olmaq.
    məsələnin həlli əksəriyyətə baxır.
    bu iş sənə baxır.
    o baxır sənin fərasətinə.

#34291 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim

  1. bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.:
    (bax: fala baxmaq)
    (bax: ağıza baxmaq)
    (bax: barmaqarası baxmaq)
    (bax: əyri baxmaq)
    (bax: yan baxmaq)

#34293 ( kseroks kələntər , 5 il əvvəl yazıb )
| msj msj | şikayət kim


web/tam versiya
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.